top of page

"İndi bir sualıma cavab verin" - Qiorqi Pxakadze

07.12.2021



İctimai səhiyyə eksperti Qiorqi Pxakadze sosial şəbəkədə yazı yayıb.


Professor özünün Facebook səhifəsində kovid pasportla bağlı keçirilən etirazlara münasibət bildirib və peyvəndin məcburi olduğu digər ölkələrin timsalından yazıb.


“Nyu-Yorkda özəl sektorda çalışan hər kəs dekabrın 27-dək peyvənd edilməlidir!


Nyu-Yorkda beş yaşından etibarən "yaşıl pasport/koronavirus keçid" məcburidir.


Zimbabvedə kovidə görə buraxılış vərəqəsi yoxdur, İsveçrədə kovid buraxılış vərəqəsi məcburidir.


Avstriyada, Yunanıstanda və artıq Nyu-Yorkda peyvəndlər məcburidir və Mozambikdə ümumiyyətlə peyvənd yoxdur.


İndi bir sualıma cavab verin: Gürcüstan haradadır? Deyirlər ki, yaşıl pasport "köləlikdir", "demokratik deyil", "azadlığın məhdudlaşdırılmasıdır" və s. - yəni Zimbabve azaddır, demokratikdir... və İsveçrədə və Nyu-Yorkda diktatura və köləlik var?!", - deyə Qiorqi Pxakadze sosial şəbəkədə yazıb.


Mənbə: report.ge


Professor Giorgi Pkhakadze, MD, MPH, PhD

Профессор Гиорги Пхакадзе. #ПрофессорПхакадзе


Source: https://marneulifm.ge/az/xeberler/article/51620-qioqi-pxakadze-indi-bir-sual-verim

2 views0 comments
Post: Blog2_Post
bottom of page