04.05.2021
Tbilisi, 4 may, AZƏRTAC
Əgər koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycanın köməyi olmasaydı, Gürcüstanda pandemiya qurbanlarının sayı daha çox olardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri gürcüstanlı mütəxəssis, BMT Baş katibinin səhiyyə məsələləri üzrə məsləhətçisi Giorgi Pxakadze söyləyib.
Onun sözlərinə görə, koronavirusun ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı böyük problemlərdən xilas edib.
“Azərbaycan keçən ilin noyabr ayında Gürcüstana tibbi oksigenlə bağlı yardım etməsəydi, bizim ölkədə ölüm sayı daha çox olardı”, – deyə Pxakadze vurğulayıb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində olduğu kimi, Gürcüstanda da vəziyyət gərgin olaraq qalır. Siyasətçilər vəziyyətin normal olduğunu göstərməyə çalışırlar. Lakin bu, belə deyil. Əhalinin 90 faizi peyvənd olunduqdan sonra təhlükəsizlikdən danışmaq olar.
O deyib: “Keçən ilin noyabr ayında Gürcüstanda gündəlik yoluxma yeddi minə yaxın idi. Azərbaycan bütün çətinliklərə baxmayaraq, Gürcüstana tibbi oksigen yardımı göstərdi. Bu da ölkəmizdə yüksək ölüm riskini aşağı saldı. Mən Azərbaycana bir daha təşəkkürümü bildirir, koronavirusun ikinci dalğası zamanı Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlıq edirəm”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Professor Giorgi Pkhakadze, MD, MPH, PhD
Профессор Гиорги Пхакадзе. #ПрофессорПхакадзе
Source: https://azertag.az/xeber/1773043
Comments